Modern.az

Sürixdə Türkiyə konsulluğuna hücum oldu

Sürixdə Türkiyə konsulluğuna hücum oldu

Aktual

19 Yanvar 2017, 11:01

Türkiyənin Sürix şəhərindəki baş konsulluğu naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

“Reuters” xəbər verir ki, naməlum şəxslər Türkiyə konsulluğunu fişənglərdən atəşə tutub. Nəticədə binanın fasadına ziyan dəyib, şüşələri qırılıb.

Hadisə zamanı zərərçəkən olmayıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. İsveçrə polisi faktla bağlı araşdırma aparır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir