Modern.az

Aygün Kazımova ad günündə sürpriz etdi – AUDİO

Aygün Kazımova ad günündə sürpriz etdi – AUDİO

Aktual

26 Yanvar 2017, 09:23

Bu gün Azərbaycanın xalq artisti Aygün Kazımovanın doğum günüdür. Özəl günündə hədiyyə yağışına tutulan estradamızın divası, özü də sevənlərinə hədiyyə etmək qərarına gəlib. Özü də bir yox, düz iki hədiyyə…


Modern.az-ın məlumatına görə, şou-biznesin kraliçası tam fərqli obrazda Kamran Aydınovun fotokamerası qarşısına keçərək kreativ fotosessiya etdirib.

 

Fotoları gecə ilə rəsmi “Instagram” hesabında paylaşan Aygün Kazımovanın fotoları izləyicilər tərəfindən “vauuu” reaksiyası ilə qarşılanıb. Kreativ fotosessiyanın ərsəyə gəlməsində Aygün Kazımovanın imici üzərində uzun illərdir birgə çalışdığı peşəkar heyət işləyib.

 

Şou-biznes kraliçasının saçları Telman Heybətov və Qusik Simona, stil və makiyajı isə illərdir ki, xalq artistinin ən böyük layihələrdə yanında olan stilist Ruxaya həvalə olunub.

 

Aygün Kazımovanın obrazının bütün ideyası Ruxaya məxsusdur. İnteryer – dizayn isə Dmitriy Turkana aiddir.

 

Aygün Kazımovanın ikinci sürprizi isə yeni mahnısı oldu. O, gecə ilə mahnısını dinləyicilərinin ixtiyarına buraxıb. Diva 30 illik yaradıcılğında hər zaman yanında olan, hər zaman ona dəstək olan müəllimi Cavanşir Quliyevin yeni bəstəsini ifa edib. Mahnı “Şairim” adlanır. Mahnının sözləri Miryusif Mirnəsiroğluna məxsusdur. Mahnının arajimanını da Cavanşir Quliyev edib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir