Modern.az

Yevlaxın maliyyə idarəsinin rəisi Gəncənin müvafiq qurumuna rəhbər təyin edildi

Yevlaxın maliyyə idarəsinin rəisi Gəncənin müvafiq qurumuna rəhbər təyin edildi

Ölkə

30 Mart 2011, 11:38

Maliyyə Nazirliyin mətbuat xidmətin rəhbəri Mais Piriyev Modern.az-a məlumatında bildirib ki, qurumun müvafiq əmri ilə Gəncə şəhər üzrə Maliyyə İdarəsinin rəisi Əvəz Babayev 28 mart 2011-ci il tarixindən tutduğu vəzifədən azad edilib.

O deyib ki, nazirliyin digər  əmrinə əsasən, həmin vəzifəyə ratasiya qaydasında Yevlax şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Natiq Cabbarov Gəncə şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et