Modern.az

Fransanın NATO-dan çıxması gündəmə gəlir

Fransanın NATO-dan çıxması gündəmə gəlir

Dünya

5 Fevral 2017, 00:03

Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen ölkəsinin NATO-nun tərkibindən çıxmasının zəruri olduğunu hesab edir. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə o öz seçkiqabağı proqramında deyib.

Le Penin 144 vədi arasında Fransanın Avropa İttifaqından çıxmasına dair referendum, miqrant qəbuluna kvota qoyulması, təqaüd yaşının azaldılması, sosial ödənişlərin artırılması və gəlir vergisinin azaldılması da var.

“Bu proqramın məqsədi, hər şeydən əvvəl, Fransanın azadlığını özünə qaytarmaq və insanlara səs hüququ verməkdir”, — deyə o bildirib.

Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də keçirilməlidir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək