Modern.az

Putin “İsgəndər” raketlərini Berlinə tuşladı

Putin “İsgəndər” raketlərini Berlinə tuşladı

Dünya

3 Mart 2017, 16:03

Almaniya rəsmləri Rusiyanın “İsgəndər” raketlərini Kalininqrad vilayətində yerləşdirməsindən narahatlıqlarını bilidiriblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya xarici işlər nazirliyinin rəsmisi Patrisiya Flor Berlinin də bu raketlərin hədəfindən olduğunu bildirib.

 

“Düşünürəm ki. indi biz Avropanın təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçiririk. Kalininqradda “İsgəndər-M” raketlərinin yerləşdirilməsi bu gərginliyin artmasına xidmət edir. Çünki həmin raketlər Berlinə qədər uça bilər”.

 

Rəsmi Berlin artıq buna qarşı cavab addımları atacağını bəyan edib.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok