Modern.az

Ermənilər indi də Ağdərədə yeni qəsəbə salır – FOTOLAR

Ermənilər indi də Ağdərədə yeni qəsəbə salır – FOTOLAR

Qarabağ

4 Mart 2017, 23:52

Mərkəzi Livanda yerləşən Erməni Kilikiya Katolikosluğunun və Qarabağdakı qondarma rejiminin maliyyə dəstəyi ilə işğal altındakı keçmiş Ağdərə rayonu ərazisində Nor Kilikiya (Yeni Kilikiya) qəsəbəsinin açılış mərasimi olub.

 

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qazançı və Kiçan kəndlərinin sərhəddində yerləşən qəsəbədə inşa olunmuş 15 yeni ev sakinlərə paylanıb.

 

 

Yeni Kilikiyada hazırda daha 22 evin inşa olunduğu və gələcəkdə buranın şəhər tipli qəsəbəyə çevriləcəyi vurğulanıb.

 

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir