Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan taxta konstruksiyalardan ibarət tövlə yanıb.
Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlənin içərisində olan 10 baş iribuynuzlu heyvan tələf olub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az