Modern.az

 “İskəndər”dən istifadə edəcəyik” - Sarkisyan

 “İskəndər”dən istifadə edəcəyik” - Sarkisyan

Dünya

25 Mart 2017, 22:12

“Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, “İskəndər” komplekslərinin tətbiqi barədə əmr verəcək”. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu bu gün işğal olunmuş Dağlıq Qarabağda hərbçilər və onların ailə üzvləri qarşısında çıxış edərkən Ermənistan prezidenti Serj Sarkisyan deyib.

“Bu gün bizim oğlanlar düşmənin ərazisinin dərinliklərində onun hərəkətini izləyə bilirlər. Bu gün qonşumuzun ərazisinin bütün istiqamətləri üzrə ən vacib infrastrukturlara qədər müasir güclü zərbə qüvvəsi istiqamətlənib.

Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, “İskəndər” komplekslərinin tətbiqi barədə əmr verəcək”, - Sarkisyan deyib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir