Modern.az

Türkiyədə müxalifətin referendumla bağlı müraciəti rədd edildi

Türkiyədə müxalifətin referendumla bağlı müraciəti rədd edildi

Dünya

19 Aprel 2017, 20:15

Türkiyə Ali Seçki Komissiyası referendumun nəticələrinin ləğvi ilə bağlı müxalifət partiyalarının müraciətinə baxıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Ali Seçki Komissiyası müxalifətin müraciətini rədd edib.

Məlumata görə, qərar komissiyanın bugünki iclasında qəbul olunub. İclasda komissiyanın 10 üzvü qərarın lehinə, bir nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, Türkiyədə aprelin 16-da konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirilib. 51,33 faiz seçici dəyişikliklərin lehinə səs verib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir