Modern.az

Əri ilə mübahisə edən hamilə qadın özünü maşının altına atdı

Əri ilə mübahisə edən hamilə qadın özünü maşının altına atdı

Aktual

21 İyun 2017, 18:38

Mingəçevir şəhərində əri ilə mübahisə edən hamilə qadın özünü hərəkətdə olan avtomobilin altına ataraq intihara cəhd edib.

 

"Report"un Şirvan bürosunun məlumatına görə, şəhərin Samux küçəsinin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova həyat yoldaşı ilə mübahisə edərək küçəyə qaçıb.

 

O, özünü həmin küçədə Eyvaz  Abdulla oğlu Abdullayevin idarə etdiyi "Mercedes" markalı, 10-BT-148 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üstünə atıb. Hamilə qadın dərhal xəstəxanaya çatdırılıb. 

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E