Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.
Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar - Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.