Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Müqtədir qəsəbəsində 1 nəfərin dənizdə batması baradə məlumat daxil olub. Modern.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.
Modern.az