Modern.az

Mülsüm Maqomayev uzaq Kamçatkada anıldı

Mülsüm Maqomayev uzaq Kamçatkada anıldı

Aktual

17 Sentyabr 2017, 10:20

Müslüm Maqomayevin 75 illiyi ilə bağlı Petropavlovsk-Kamçatkada azərbaycanlılar tədbir keçirib.

 

Bu barədə Modern.az-a Kamçatka Azərbaycan Diaporunun rəhbəri Zahid Bəşirov məlumat verib. O qeyd edib ki, müğənni Siyasət Cəfərov Müslüm Maqomayevin mahnılarını ifa edib. Eyni zamanda Müslüm Maqomayevlə bağlı videolar nümayiş etdirilib, haqqında danışılıb.

 

Zahid Bəşirov deyib ki, belə tədbirlər ilk dəfə deyil, digər Azərbaycan korifeylərinə həsr olunmuş tədbirlər keçirilib.

“Belə tədbirlər maraqla qarşılanır, tədbirdə yalnız azərbaycanlılar deyil, ruslar və digər millətlərin nümayəndələri də iştirak edir. Müslüm Maqomayev Rusiyada ən çox sevilən müğənnilərdən biridir”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok