Modern.az

Milli Məclisin növbədənkənar sessiyası başlayır

Milli Məclisin növbədənkənar sessiyası başlayır

Təhsil

10 İyun 2011, 11:12

Milli Məclisin bu gün növbədənkənar sessiyasının ilk iclasını keçirəcək. Modern.az saytının məlumatına görə, iclasın gündəliyinə 24 məsələ daxil edilib. Gündəliyə daxil edilən məsələlərdə əsasən qanun layihələrinə dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Deputatlar “Əmək pensiyaları haqqında” qanuna, Əmək Məcəlləsinə, “Ölkədən getmək və ölkəyə gəlmək, pasportlar haqqında” qanuna dəyişklik edilməsini müzakirə edəcəklər. Bundan əlavə, parlamentin növbədənkənar sessiya çərçivəsində “Məhkəmə və hüquq mühafizəsi orqanları işçilərinin dövlət müdafiəsi haqqında” qanuna, Mülki Prossesual Məcəlləyə, “İcra məmurları  haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

 

Millət vəkilləri həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə dəyşiklikləri müzakirə edəcəklər.
 
Plenar iclasın gündəliyinə “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna, İnzibati Prosessual Məcəlləyə dəyişiklik edilməsi və s. məsələlər daxil edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir