Modern.az

“Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək

“Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək

Aktual

18 Noyabr 2017, 11:53

Milli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli “Avropa Azərbaycanlılarının Qarabağ Forumu”nda iştirak etmək üçün sabah Belçikanın paytaxtı Brüsselə yola düşəcəklər.

Modern.az-ın məlumatına görə, toplantıda Türkiyə, Moldova, Gürcüstan, İraq, bir sıra Avropa ölkələrinin parlamentariləri iştirak edəcəklər.

Forumda Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, həlli istiqamətində Ermənistanın törətdiyi maneələr barədə məlumat veriləcək, Xocalı soyqırımının tanıdılmasında Avropadakı Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət planı ilə bağlı müzakirələr aparılacaq.

Deputatların səfəri noyabrın 21-də başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir