Modern.az

Zimbabve prezidenti istefa verdi - Video

Zimbabve prezidenti istefa verdi - Video

Dünya

21 Noyabr 2017, 20:28

Zimbabve prezidenti Robert Muqabe istefaya gedib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri məlumat verib.

Onun sözlərinə görə, Muqabe parlamentin impiçment qərarından sonra bu addımı atıb.

Qeyd edək ki, bir qədər əvvəl Zimbabve parlamenti prezident Robert Muqabeyə impiçment elan edib.

Prezidentə səlahiyyətlərini təhvil vermək üçün bir sutka vaxt verilib.

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir