Modern.az

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur

Aktual

22 Noyabr 2017, 20:26

Binəqədi şosesində bu gecədən etibarən hərəkət bərpa olunur. Modern.az xəbər verir ki, bu barədə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli feysbuk hesabında məlumat yayıb.

 

O qeyd edib ki, şose boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb. Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. O cümlədən, asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də iş prosesinə uyğun olaraq görüləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir