Modern.az

Süd məhsulları saxlanılan anbar yandı

Süd məhsulları saxlanılan anbar yandı

23 Dekabr 2017, 22:30

Abşeron rayonunda süd məhsulları saxlanılan anbarda yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Məmmədli kəndində baş verib.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın məhdudlaşdırılıb. Hadisə nəticəsində dəyən zərərlə bağlı məlumat verilmir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok