Modern.az

Əfqanıstanı bu dəfə güclü zəlzələ SİLKƏLƏDİ

Əfqanıstanı bu dəfə güclü zəlzələ SİLKƏLƏDİ

Aktual

31 Yanvar 2018, 14:39

Əfqanıstanda 6,1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, zəlzələ yerin təxminən 180 km altında olub.

Zəlzələ Tacikistan, Pakistan, Hindistan, Qırğızıstan, Çin və Özbəkistanda da hiss edilib. Zəlzələ nəticəsində ölən və yaralananın olub-olmadığı hələ məlum deyil.

 

Pakistanın bir əyalətində bəzi evlərin çökdüyü və dağıntıların altında qalan bir qız uşağının həyatını itirdiyi bildirilib.

Zəlzələ xəbərini ilk verən Reuters informasiya agentliyi sirkələnmənin Kabildə hiss edildiyini də qeyd edib.

 

Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında olan 7,5 bal gücündəki zəlzələdə 400-ə yaxın insan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok