Modern.az

BMT-dən körpə ölümləri ilə bağlı acı STATİSTİKA

BMT-dən körpə ölümləri ilə bağlı acı STATİSTİKA

Dünya

20 Fevral 2018, 13:55

BMT-nin tərkibinə daxil olan UNİCEF dünyada hər gün 1 ayı tamam olmayan 7000 körpənin  həyatını itirdiyini açıqlayıb.

 

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyada hər il 2 milyon 600 min körpə hələ döğumundan bir ay keçməmiş ölür. Xüsusən də inkişaf etməmiş, modern çağdan geri qalan ölkələrdə körpələrin ölümü ciddi şəkildə çoxdur.

Buna baxmayaraq, ən çox körpə ölümü hadisəsinə Pakistanda rast gəlinir. Pakistanda hər 1000 körpədən 45-i bir aylığı tamam olmadan ölür.Siyahıda daha sonra  Mərkəzi Afrika Respublikası və Əfqanıstan gəlir.

Körpə ölümlərinin ən az yaşandığı Yaponiyada hər min körpədən biri bir aylıq olmadan həyatını itirir. Siyahıda Yaponiyanı İslandiya və Sinqapur izləyir.

 

Belə ölümlərin ən əsas səbəbi erkən doğumdur: 80%. Bu zaman körpədə infeksiyalar, sepsis kimi xəstəliklər olur ki, onun erkən ölümünə səbəb olur.

Həmçinin UNİCEF-in açıqlamasında bildirilir ki, körpə ölümlərinin ən çox baş verdiyi 10 ölkədən səkkizi Afrika qitəsində yerləşir.

 

 Əbülfəz Kərimov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir