Modern.az

Qənirə Paşayeva üçün əlamətdar HADİSƏ  

Qənirə Paşayeva üçün əlamətdar HADİSƏ  

7 Mart 2018, 10:17

Bu gün millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü  Qənirə Paşayevanın doğum günüdür. 

Modern.az-ın məlumatına görə, Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bil
ir.
1998-ci ildən ANS telekanalının Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

2005-ci il noyabrın 6-da 105 saylı Tovuz seçki dairəsindən deputat seçilib. 2010 və 2015-ci illərdə növbəti dəfə deputat seçilib.

Subaydır. Firuzə adlı mənəvi qızı var.

Modern.az saytı Qənirə xanımı təbrik edir, işlərində uğurlar arzulayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok