Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri başlayıb.
Modern.az saytının məlumatına görə, turnirdə A qrupunda Azərbaycan və Latviya komandaları üz-üzə gəlib.
Oyun 3-0 hesabı ilə Azərbaycan deputatlarının xeyrinə başa çatıb.
Qeyd edək ki, B qrupunda Polşa və Türkiyə qərarlaşıb. Beş komanda olduğu üçün püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb.
B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.
Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətiili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.