Modern.az

Türkiyə ordusu Afrin sakinlərinə “bildiriş” göndərib

Türkiyə ordusu Afrin sakinlərinə “bildiriş” göndərib

Aktual

16 Mart 2018, 16:50

Türkiyə ordusu Afrin sakinlərinə havadan ərəb və kürd dillərində yazılmış “bildiriş” atıb. Modern.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat verilib.

Bildirşdə yerli sakinlərin terrorçu sığınacaqlarından uzaq durmaqları məsləhət görülür və eyni zamanda şəhəri tərk etmək istəyən sakinlərə də türk ordusu təhlükəsizlik zəmanəti verir.

 

Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir