Modern.az

“iPhone” smartfonlarının buraxılışı dayandırıldı

“iPhone” smartfonlarının buraxılışı dayandırıldı

Aktual

16 Mart 2018, 18:55

ABŞ-ın “Apple” şirkətinin Çində yerləşən zavodunda “iPhone” smartfonlarının istehsalı ikihəftəlik müddətə dayandırılıb.

 

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, istehsalın dayandırılmasına səbəb smartfonların istehsalı zamanı baş verən pozuntu halları olub.

Belə ki, Kunşan şəhərində yerləşən zavodda smartfonlarda şirkət tərəfindən sertifikatlaşdırılmayan istehsalçının sukeçirməz komponentlərindən istifadə edilib.

Bildirilir ki, hər beşinci “iPhone 8 Plus” modeli Çinin “Wistron” şirkəti tərəfindən istehsal olunur, digər smartfon modellərinin istehsalı ilə Tayvanın “Foxconn” şirkəti məşğul olur.

“Apple” smartfonlarının istehsalının dayandırılması ilə əlaqədar yaranmış vəziyyətə görə şirkətin hərraclarda səhmlərinin dəyəri 5 faiz ucuzlaşıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir