Modern.az

Mənzildən 30 min manatlıq qızıl əşyalar oğurlandı - MİNGƏÇEVİRDƏ

Mənzildən 30 min manatlıq qızıl əşyalar oğurlandı - MİNGƏÇEVİRDƏ

Aktual

17 Mart 2018, 21:40

Mingəçevirdə oğurluq hadisəsi olub. 

Modern.az APA-ya istinadən xəbər verir ki,  hadisə Mingəçevir şəhərinin A.Məmmədov küçəsindəki 7 saylı binanın 4 saylı mənzilində qeydə alınıb. Ev sahibi Sevda Abdullayeva ona məxsus mənzildən naməlum şəxs tərəfindən 30 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması barədə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edib. Sevda Abdullayevanın bildirdiyinə görə hadisə axşam saatlarında baş verib. Oğrular evə pəncərədən daxil olublar. Hadisə yerinə polis əməkdaşları gəlib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!