ABŞ-ın Merilend ştatındaki məktəbdə atəş açmaqda şübhəli bilinən şəxs həmin təhsil müəssissəsinin şagirdi olub.
Modern.az xəbər verir ki, bu barədə yerli KİV-lər Sent_luis dairəsinin şerifi Tim Kemerona istinadla məlumat yayıb.
Məlumata əsasən, cinayətkar səhər satlarında məktəbə daxil olaraq odlu silahdan iki şagirdi yaralayıb.
Sonradan polis əməkdaşları ilə atışmada o özüdə xəsarət alıb.
***
ABŞ-ın Merilend ştatında məktəbdə atışma baş verib.
Trend-in NBC telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində yaralananlar var.
Hadisə ilə bağlı başqa məlumat verilmir.