Modern.az

Yığmamız Belarusa uduzdu - Qurbanovun ilk məğlubiyyəti

Yığmamız Belarusa uduzdu - Qurbanovun ilk məğlubiyyəti

Aktual

23 Mart 2018, 22:03

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib.

Modern.az xəbər verir ki,  Qurban Qurbanovun çalışdırdığı komanda Bakıda Belarus yığmasını qəbul edib.

 

Bu, “Qarabağ”ın çalışdırıcısının millinin “sükanı arxası”nda ikinci matçı olub. Debüt görüşündə Moldova ilə qarşılaşan Qurbanov qolsuz bərabərliyə razılaşmışdı.

 

 

Yığmamız bu dəfə də qola həsrət qalıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolun müəllifi isə Maksim Medvedev olub. O, 42-ci dəqiqədə avtoqolla Kamran Ağayevi məyus edib.

 

Qeyd edək ki, komandamız 4 gün sonra Antalyada Makedoniya ilə qarşılaşacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir