Modern.az

Baş Prokurorluğun mətbuat xidmətinə yeni TƏYİNAT

Baş Prokurorluğun mətbuat xidmətinə yeni TƏYİNAT

14 May 2018, 10:50

Baş Prokurorluğun saytında “KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində yeni təyinat haqda məlumat yerləşdirlib.

Modern.az xəbər verir ki, həmin məlumata görə, Kənan Fikrət oğlu Zeynalov Baş Prokurorluğun Mətbuat xidmətinin yeni prokuroru  təyin edilib.

Bu məlumatı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiqləyib.

Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilərək, Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsinə gətirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi