Modern.az

ABŞ: Yeni virus Rusiyada yaradılıb

ABŞ: Yeni virus Rusiyada yaradılıb

Dünya

24 May 2018, 20:24

ABŞ-ın Federal Təhqiqatlar İdarəsi  (FTİ) “VPNFilter” virusu ilə həyata keçirilən irimiqyaslı botnet-hücumunda Rusiya hökumətinin əli olduğunu hesab edir.

 

Modern.az xəbər verir ki, bu barədə “The Daily Beast” məlumat yayıb.

 

“VPNFilter” virusu “Linksys”, “MikroTik”, “NETGEAR” və “TP-Link” şirkətlərinin istehsal etdiyi şəbəkə qurğularını, o cümlədən, modem və routerləri, həmçinin yaddaş qurğularını sıradan çıxarıb.

 

Təkcə may ayında 500 mindən çox qurğunun bu virusa yoluxduğu bildirilir.

 

FTİ virusun alqoritmini “Fancy Bear” haker qrupunun fəaliyyəti ilə əlaqələndirib. Vaşinqton həmin qrupu Rusiyanın virtual məkanda apardığı kəşfiyyatının əsas aləti hesab edir.  

 

İdarə yaxın zamanda kiberhücum qurbanlarının siyahısını ictimailəşdirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu