Modern.az

Bundan sonra avtomobilləri səkidə park edə bilməyəcəklər - FOTO

Bundan sonra avtomobilləri səkidə park edə bilməyəcəklər - FOTO

Aktual

6 İyun 2018, 14:51

Bakı şəhərinin mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən qoruyucu tumbaların quraşdırılmasına başlanılıb.

 

BNA-dan Modern.az-a verilən məlumata görə, birinci mərhələdə 10,000 ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılır. Qoruyucu tumbalar, avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacaq.

Tikinti-quraşdırma işlərinə 1 iyun 2018-ci il tarixində başlanılmışdır və nümunə üçün Bülbül prospektində 50 ədəd tumba quraşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok