Modern.az

Növbəti komanda-qərargah təlimi keçirilir-FOTOLAR

Növbəti komanda-qərargah təlimi keçirilir-FOTOLAR

Aktual

20 İyun 2018, 21:39

Əlahiddə Ümumqoşun Orduda ərazidə kompüter dəstəkli olmaqla növbəti komanda-qərargah təlimi keçirilir. Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təlim iyunun 24-dək davam edəcək.

 

Belə ki, 2018-ci ilin hazırlıq planına uyğun olaraq, iyunun 18-dən başlayan komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icra edilməsi və qəbul edilmiş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilir.

 

Məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir