Modern.az

Bakıda yanğın - 7 nəfər xilas edildi, 25-i təxliyə olundu

Bakıda yanğın - 7 nəfər xilas edildi, 25-i təxliyə olundu

Aktual

23 İyun 2018, 12:50

Bakıda yanğın hadisəsi baş verib.

FHN-dən Modern.az-a verilən məlumata görə, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 200 kv.m olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir