Modern.az

Ronaldo özü ilə 1 milyon insan apardı

Ronaldo özü ilə 1 milyon insan apardı

Dünya

13 İyul 2018, 00:50

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo "Real"dan "Yuventus"a transferi gözlənilməz nəticə ortaya qoyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  Ronaldo ilə bərabər "Real"ın “Tvitter”dəki 1 milyon izləyicisi də komandanın səhifəsini tərk edib.

 

Əvvəlcə 32 milyon istifadəçisi olan səhifəni izləyənlərin sayı 31 milyona düşüb. Əvəzində "Yuventus"un izləyicilərinin sayı 20% artaraq 6,16 milyon olub.

 

Bu vəziyyət təkcə Tvitterdə deyil, Feysbuk səhifəsində də müşahidə olunub. "Yuventus"un Feysbuk istifadəçilərinin sayı 400 min, İnstaqram izləyicilərinin sayı isə 900 min nəfər artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok