Modern.az

Gədəbəydə qardaşını öldürən bacını polis saxladı

Gədəbəydə qardaşını öldürən bacını polis saxladı

Aktual

17 İyul 2018, 11:09

Gədəbəy rayonunda 17 yaşlı oğlan 20 yaşlı bacısı tərəfindən  bıçaqlanaraq öldürülüb.

Yayılan məlumatlarda qardaşını öldürən Sevinc Alıyevanın nişanlı olduğu və ailənin toya hazırlaşdığı məlum olub.


Hadisə ilə bağlı daha konkret məlumatlar prokurorluqda aparılan araşdırmadan sonra üzə çıxacaq.

 

Hadisə ilə bağlı Slavyanka kənd icra nümayəndəsinin müavini Sahib Həsənov Modern.az-a açıqlama verib.


S.Həsənov hazırda araşdırmaların getdiyini bildirib:


“Ailə çox sakit ailə idi. Kirimal məsələlərə qarışan deyildilər. Görünür ehtiyatsızlıqdan baş verib. Amma təfərrüatı biz də bilmirik”.

 

Kənd rəsmisi deyib ki, qardaşını bıçaqlayan Sevinc Alıyeva iyunun 16-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən polis idarəsinə aparılıb:


“Onu hansı cəzanı gözlədiyini yalnız istintaq müəyyən edəcək. Hadisənin ehtiyatsızlıqdan, yoxsa qəsdən törədildiyini biz bilə bilmərik”.

 

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok