Modern.az

İstidən 13 nəfər öldü

İstidən 13 nəfər öldü

21 İyul 2018, 22:59

Yaponiyada bugün ərzində istidən 13 nəfər həyatını itirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkə ərazisində 35 dərəcədən artıq isti müşahidə olunub.

Məlumata görə, Kiotoda 38 dərəcə isti müşahidə olunub və burada 7 nəfər ölüb. Daha 6 nəfər isə ölkənin digər prefekturalarında ölüb.

Qeyd olunur ki, istilərlə bağlı, həmçinin, kütləvi hospitalizasiya barədə məlumatlar daxil olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E