Modern.az

Şiddətli istilər 48 can aldı

Şiddətli istilər 48 can aldı

15 Avqust 2018, 22:16

Cənubi Koreyada 25 gündür davam edən şiddətli istilər nəticəsində 48 nəfər ölüb. Modern.az xəbər verir ki,  paytaxt Seuldan 85 kilometr şərqdə yerləşən Honçhon əyalətində temperatur 41 dərəcəyədək qalxıb.

 

Bu, ölkə tarixində qeydə alınan ən yüksək temperatur olub. Ümumilikdə istidən 4,1 min nəfərin əziyyət çəkdiyi məlumat verilib.

 

Paytaxt Seulun özündə 600-ə yaxın adam şiddətli istilərlə əlaqədar xəstəxanalara müraciət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək