Modern.az

Bakıda avtobus dayanacağı zəbt edildi - FOTOLAR

Bakıda avtobus dayanacağı zəbt edildi - FOTOLAR

Aktual

16 Avqust 2018, 11:37

Bakının Xətai rayonu, İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Modern.az-a bildirib ki, bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.

Onun sözlərinə görə, dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb: "Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir".

M.Ağayev qeyd edib ki, vəziyyətlə bağlı müvafiq tədbir görüləcək: "Məsələ Bakı Nəqliyyat Agentliyinin nəzarətindədir".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir