Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün dağılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ərazidə axtarış-xilasetmə işlərini davam etdirən işçilər bildiriblər.
Dağıntılar altında içində bir ailə - ata, ana və 9 yaşlı oğulları - olan avtomobil tapılıb.
Hazırda 10 yaralı xəstəxanadadır, onlardan 9-nun vəziyyətin ağırdır.
Qeyd edək ki, faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunub.