Çində “Rumbiya” qasırğası faciə ilə nəticələnib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 18 nəfər yaralanıb. Bundan əvvəl Syuçjoy rayonunda 1 nəfərin öldüyü, 9 nəfərin yaralandığı deyilirdi.
İlkin hesablamalara görə, təbii fəlakət nəticəsində təxminən 69 min hektar əkin sahəsinə, 1800-dən çox evə və digər obyektlərə, infrastruktura ziyan dəyib.
Rayon rəhbərliyi təbii fəlakətin nəticələrini aradan qaldırmaq və zərərçəkənlərə yardım etmək üçün tədbirlər görür.