Modern.az

Cebhe.info və “Cümhuriyət” qəzeti üçün özəl gün

Cebhe.info və “Cümhuriyət” qəzeti üçün özəl gün

Aktual

1 Sentyabr 2018, 16:09

Bu gün Cebhe.info xəbər portalının 3 yaşı tamam olur. Eyni zamanda “Cümhuriyət” qəzetinin bir neçə illik fasilədən sonra yenidən nəşrə başlamasından 3 il ötür.

Azərbaycanın xəbər məkanında özünəməxsus yer tutan, çeviklik, obyektivlik, dəqiqlik kimi əsas media prinsiplərinə daim əməl edən Cebhe.info  xəbər portalı  2015-ci ilin 1 sentyabrında fəaliyyətə başlayıb. 

3 il ərzində istinad edilən xəbər portallarından birinə çevrilib və öz oxucu auditoriyasını toplaya bilib. Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də siyasət, sosial, iqtisadiyyat,  geopolitika, idman, hüquq mədəniyyət, tarix və fərqli mövzularda xəbərlər, reportajlar, araşdırmalar, maarifləndirici yazılar, digər maraqlı materiallar təqdim edir. 

Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti xarici ölkələrdə yaşayan azərbaycanlıları daim diqqət mərkəzində saxlayıb, Güney Azərbaycan, Kərkük, Borçalı, Dərbənd türklərinin problemlərini müntəzəm şəkildə işıqlandırır. 

Modern.az həmkarları təbrik edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok