İnterpolun itkin düşmüş rəhbəri Men Hunvey Çində istintaq altındadır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı Hunveyi Çin hüquq-mühafizə orqanları saxlayıb. Onun saxlanılma səbəbləri barədə dəqiq məlumat yoxdur.
XXX
İnterpolun rəhbəri Men Hunvey yoxa çıxıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Lion şəhər polisi artıq onun axtarışlarına başlayıb.
Sentyabrın 29-da Çinə səfər edən təşkilat rəhbəri artıq 1 həftədir ki, telefonlara cavab vermir. Onun itkin düşməsi barədə polisə şikayəti Lionda yaşayan həyat yoldaşı edib.
Xatırladaq ki, 2016-cı ildə 64 yaşlı Men Hunvey İnterpola rəhbər təyin edilib. O, buna qədər Çinin İctimai Təhlükəsizlik Nazirliyində çalışıb.