Modern.az

Eldar Quliyev: “Nardaranlıların problemi həll olunub”

Eldar Quliyev: “Nardaranlıların problemi həll olunub”

Ölkə

18 Oktyabr 2011, 12:08

Nardaranlıların işıq problemi öz həllini tapmaq üzrədir. Artıq bir necə ərazidə kəsilən elektrik enerjisi bərpa olunub. Bu barədə Modern.az saytına nardaranlıların Milli Məclisdəki təmsilçisi - millət vəkili Eldar Quliyev məlumat verib.

Deputatın sözlərinə görə, ötən bazar günündən nardaranlıların problemləri həll olunub. O, ötən bazar günü nardaranlıların ağsaqqalı Hacı Eldarla və “Bakıelektirikşəbəkə”nin yerli nümayəndəsi ilə görüşüb. Millət vəkilinin sözlərinə görə, nardaranlılar bu günə qədər istehlak etdikləri elektirik enerjisi ilə bağlı borcun müəyyən bir qismini - 24 min manatını ödəyiblər.

Nardaran sakini məşədi Namiqin bir sıra mətbu orqanlara deputatla görüşmək istəyi ilə bağlı ünvanladığı müraciətinə də E.Quliyev münasibət bildirib.

“Qeyd etmək istəyirəm ki, bizim deputat ofisimiz Maştağada yerləşir. Həftənin 6 günü mənim köməkçimin qapıları bütün seçicilərin üzünə açıqdır. Hər həftənin bazar günü isə mən özüm orda oluram. İstənilən şəxslə görüşə bilərəm, bizimlə görüşmək üçün hər hansı mətbu orqana müraciət etmək lazım deyil”.

E.Quliyev onu da qeyd edib ki, insanlar istənilən halda kommunal xərclərini ödəməlidirlər. “Pomidor, xiyar məhsularının əkini ilə məşğul olan nardaranlılar bu il xeyli ziyana düşüb. Ancaq bu o demək deyil ki, hökümətdən istifadə etdiyimiz işığın, qazın və suyun pulunu ödəməli deyilik. İstənilən halda biz dövlətin verdiyi kommunal xidmətlərin haqqını ödəməliyik”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü