Modern.az

İlham Əliyev İspaniya Kralına təbrik məktubu yazdı

İlham Əliyev İspaniya Kralına təbrik məktubu yazdı

Aktual

11 Oktyabr 2018, 18:10

Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu göndərib.

 

Modern.az-ın xəbərinə görə, təbrikdə deyilir: "Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

 

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim sülh və firavanlıq diləyirəm".

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok