ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Azərbaycana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə C.Bolton "Twitter"dəki səhifəsində yazıb.
Müşavir qeyd edib: "Təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gedəcəyəm".