Modern.az

DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi  

DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi   

Aktual

22 Oktyabr 2018, 14:06

Dövlət Təhlükəsizliyi Xidməti (DTX)sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin xəbərdarlığında deyilir:

“Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır!
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “facebook”, “twitter” və “youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək