Modern.az

İlham Əliyev macarıstanlı həmkarını təbrik etdi

İlham Əliyev macarıstanlı həmkarını təbrik etdi

Aktual

22 Oktyabr 2018, 18:49

Prezident İlham Əliyev Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Macarıstan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və tərəfdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir