Dalğalanır bayrağımız
Mavi Xəzər qucağında
Azərbaycan ocağında
Bir bayrağın üç məqsədi,
Hər məqsədin min həsrəti,
Birləşdirdi bu milləti,
Azadlığın işığında,
Azərbaycan ocağında
Ay-ulduzlu bayrağın var,
Uca dağsan başında qar,
Fəxr eləyir həm dost, həm yar,
Mərd igidlər oylağında,
Azərbaycan ocağında
Ucalardan uca bayraq,
Ucaldıqca ucal bayraq,
Sevgi bitir yarpaq-yarpaq,
Hər ağacın budağında,
Azərbaycan ocağında
Qoy ucalsın bayrağımız,
Tükənməsin inamımız,
Qoruyacaq İlhamımız,
Haqqı Vətən torpağında,
Azərbaycan ocağında
Akif TƏVƏKKÜLOĞLU
Əməkdar jurnalist
Noyabr 2010