Modern.az

Yanan gəmidə itkin düşən 2 dənizçinin meyiti tapıldı

Yanan gəmidə itkin düşən 2 dənizçinin meyiti tapıldı

Dünya

24 Noyabr 2018, 20:42

Fars körfəzi sularında, Əsəluyə limanından 16 mil məsafədə yanan gəminin 2 dənizçisinin meyiti tapılıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, İranın Buşehr vilayəti Limanlar və Dənizçilik İdarəsinin baş direktoru Siyavuş Ərcüməndzadə deyib ki, “Əli 20” xidmətlər gəmisində baş verən yanğın artıq söndürülüb.

 

Qeyd edək ki, gəmi yanğını ötən gecə baş verib. Hadisə zamanı 9 nəfər xilas edilib. 2 nəfər isə itkin düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir