Modern.az

Gürcüstanda matəm elan edildi - YENİLƏNİB

Gürcüstanda matəm elan edildi - YENİLƏNİB

Aktual

17 Yanvar 2019, 00:23

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. Modern.az xəbər verir ki, paytaxtın Diqomi rayonunda baş verən hadisə nəticəsində  4 nəfər ölüb, 5-i uşaq olmaqla 6 nəfər yaralanıb. İlkin məlumatlara əsasən, partlayış qaz sızmasına görə baş verib.

 

Ölənlər arasında 4 yaşlı uşaq da var. O, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Ölkənin baş naziri faciə ilə bağlı 17 yanvar tarixini matəm günü elan edib.

 

***

 

“Tbilisidə Didi Diğomi rayonundakı yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb”. Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Post Patrul Xidmətinin rəhbəri Teymuraz Kupatadze deyib.

 

O bildirib ki, qəza zamanı 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.

 

Partlayış binanın dördüncü mərtəbəsində qaz sızması nəticəsində baş verib. Hazırda yaşayış binasının sakinləri təxliyə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək