Modern.az

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı

Aktual

21 Yanvar 2019, 00:04

ABŞ prezidenti Donald Tramp ölkənin bir neçə bölgəsinə yağan güclü qar səbəbindən amerikalıları ehtiyatlı olmağa çağırıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, prezident bu barədə "Twitter"də yazıb.

 

Donald Tramp vətəndaşları ehtiyatlı olmağa və evdə oturmağa çağırıb: “Ölkənin əksər hissəsi böyük miqdarda qardan və demək olar ki, rekord həddə şaxtalardan əziyyət çəkir. Küləyin bu qədər güclü olması çox qəribədir. İndi bir az köhnə xoş qlobal istiləşməni hiss etmək pis olmazdı".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir